Ermənilər Xankəndidə sülh müqaviləsinin əleyhinə mitinq keçirəcək

Qarabağ erməniləri oktyabrın 30-da Xankəndidə mitinq keçirəcək.
Redaktor.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Xankəndinin mərkəzi meydanına təyin olunmuş aksiyanı separatçıların qondarma “parlamenti” çağırıb.
Bildirilir ki, aksiyanın məqsədi Qərbin Qarabağla bağlı təklif etdiyi "sülh variantı”na etiraz etmək, eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyana bir gün sonra (31 oktyabrda) keçiriləcək üçtərəfli görüş öncəsi təzyiq göstərməkdir.
Separatçı rejim bəyan edib ki, Qarabağ erməniləri Qərbin deyil, Rusiyanın təklif etdiyi variantın qəbul olunmasını istəyir – yəni, Qarabağ məsələsi həll olunmamış qalır və status məsələsinə baxılmalıdır.