Azərbaycanda bu il qidadan zəhərlənənlərin sayı açıqlandı

 11:59 27.10.2022     131

Bu il Azərbaycanda 272 nəfər qidadan zəhərlənib.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə göprə, bu il qida zəhərlənməsi ilə bağlı 573 müraciət daxil olub: "Eyni zamanda 873 nəfərin zəhərlənməsi haqqında yanlış informasiya verilib. Əslində, araşdırma nəticəsində məlum olub ki, 163 zəhərlənmə, yəni mətbuatda bildirilən halların 20 %-ə qədər zəhərlənmə faktının olduğu öz əksini tapıb. Yəni 272 nəfərin qida zəhərlənməsinə məruz qaldığı təsdiq olunub. Xahiş edirik ki, qida zəhərlənmələri peşəkar diaqnoz tələb etdiyindən tələsmək lazım deyil".