Tanınmış tənqidçi AYB-dən getdi: "Rəzilliklər, ləçərliklər, simasızlıqlar..."

 13:53 27.10.2022     437

Tanınmış tənqidçi Mehman Qaraxanoğlu Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzvlükdən imtina edib.

Redaktor.az xəbər verir ki, bu barədə tənqidçi öz feysbuk hesabında yazıb.

“Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında rəzilliklər, ləçərliklər, simasızlıqlar, avtoritar oyunbazlıqlar, planlaşdırılmış maskaradlar, ədəbi diktatura yaratmaq çabaları, demokratik fikirli istedadlara qarşı gizli sövdələşmələr proletar təfəkkürünə amansız qayıdışı və milli-tarixi yaddaşın qəddarlıqla qapadılmasını səciyyələndirən əsas cəhədlər idi. 

Yazıçı şərəfinin necə əzabla can verdiyini görmək dəhşətdir...

Bütün bunlara etiraz olaraq qurumun üzvlüyündən imtina edirəm”, - deyə Qaraxanoğlu qeyd edib. 

Xatırladaq ki, ötən gün AYB-nin qurultayı keçirilib. Yazıçı Anar növbəti dəfə quruma sədr seçilib.

Həmidə İbrahimova

 

Vumart və Güvən reklamı Vumart Güvən