Vilayət Eyvazov müstəntiqi rəis təyin etdi

 15:30 27.10.2022     333

Quba Rayon Polis Şöbəsində (RPŞ) yeni təyinat olub.

Redaktor.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, polis kapitanı Vasif Zeynallı RPŞ-nin İstintaq Bölməsinin rəisi təyin olunub. Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Qeyd edək ki, V.Zeynallı bu təyinatdan öncə Abşeron Rayon Polis İdarəsində müstəntiq kimi çalışıb.