“Çingiz Abdullayev jurnalistdən üzr istəməlidir” - Rauf Arifoğlu

 16:23 27.10.2022     375

“Çingiz Abdullayev təhqir etdiyi jurnalistdən üzr istəməlidir”.

Redaktor.az xəbər verir ki, bunu Bakupost.az-a açıqlamasında “Yeni Müsavat” qəzetinin baş direktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rauf Arifoğlu deyib.

O, Xalq yazıçısının jurnalistə verdiyi cavabı qeyri-etik adlandırıb. Jurnalistin ünvanladığı sualda isə heç bir yanlışlıq olmadığını vurğulayıb:

“Mən bu nümunədə jurnalistdə heç bir günah, yanlışlıq görmürəm və onun verdiyi sual da etika çərçivəsində idi. Çingiz Abdullayevin cavabı isə qeyri-etik, təhqiramiz və yanlış idi. Hesab edirəm ki, Çingiz Abdullayev təhqir etdiyi jurnalistdən üzr istəməlidir”.