Psixoloji göbək ciyəsi: Səbəblər və fəsadlar

 15:41 28.10.2022     1118

Bildiyimiz kimi, ana körpəyə emosional olaraq bağlı olmalıdır, onunla ünsiyyət qurmalı, ona gülümsəməli, onunla danışmalı, xoş hisslər bəxş etməli və xoşagəlməz hissləri isə aradan qaldırmalıdır. Qayğının olmaması müəyyən zehni strukturların inkişafında, daxili qarşıdurmalarda geriləmə ilə ifadə ediləcəkdir. Ancaq həddindən artıq qəyyumluqda uşaq üçün eyni dərəcədə zərərlidir. Bəzi psixoloji fəsadlar məhz anadan asılılıq dövrünün uzanması nəticəsində baş verir.

Doğuş zamanı göbək ciyəsi kəsildiyi kimi, ana ilə "psixoloji göbək ciyəsi" nin vaxtında kəsilməsi vacibdir. Çox vaxt insanlar hələ də bu göbək ciyəsi ilə gəzdiklərini və analarından çox asılı olduqlarını dərk etmirlər. Bu nəyə gətirib çıxara bilər? Belə insanın öz həyatını deyil, "ananın istədiyi kimi" həyatını yaşaması, şəxsi ailə münasibətlərini qurmaqda və bütun başqa seçimlərdə çətinlik çəkməsi, özünə güvənin olmaması kimi problemlərlə üzləşir, və yaxud həyatını anasının ailə münaqişələrini həll etməyə həsr edir. Bu fəsadlar “Göbək Ciyəsi” filmində etraflı şəkildə nümaiş olunur ( https://m.youtube.com/watch?v=Cc0fS3fwL8E)

Belə ana şüuraltı olaraq uşaqı özünə bağlayır. Hər şeyi etməyə hazıdıki, uşaq evdə otursun, eyni zamanda uşağın özünə inamsızlığından, zəyifliyindən şikayətlənir. "Mənsiz olduğu yerdə özü heç nə edə bilməz!?"Həqiqətəndə belədir, çünki belə uşaqlar yalnız göbək ciyəsinin diametrində fəaliyyət göstərə bilər.

Çox vaxt məs özünə güvənməyən, dəstəksiz, qalmaqdan qorxan, nevrotik ana, və yaxud narsistik ana, psixoloji göbək ciyəsi ilə uşağını, xüsusi ilə oğlunu, özünə yapışdırır.

Ərinin rolunu oğluna köçürməyin nəticəsi ananın qısqanclığı və oğlunu "başqa bir qadına"vermək istəməməsi olur. Onu bütün qadınların onun üçün yetərli olmadığına inandırır. Belə ana oğlu ilə oğul kimi deyil, ər kimi davranır: hər zaman diqqət, pul, qayğı tələb edir, və oğlunun maraqlarına tamamilə məhəl qoymur.

Belə bir ana daim oğlunun diqqətini bütün yollarla, qalmaqallarla özünə cəlb edir, lakin əksər hallarda sağlamlığından istifadə edir: "Mən çox pisəm, təzyiqim var, yəqin ki, tezliklə öləcəyəm."

Belə ana hər zaman hamıdan yaxşı olduğunu sübut edir. Tez-tez deyir: "Heç kim səni mənim kimi sevməyəcək.” Və ya "Bu qadına səndən yalnız pul lazımdı, sənə layiq deyil...".

Şəxsi sərhədlərini qura bilməsi üçün oğlunu öz həyat səyahətinə buraxmaq nəyə görə bu qədər zəruridir?

1. Əsl kişiyə uyğun olan keyfiyyətlər formalaşmır:

Oğul atasını necə qəbul edəcəyi, həyatında nə qədər əhəmiyyətli bir yer tutacağı ondan asılıdır. Əgər ana atanı əvəz etməyə çalışaraq buna mane olursa, oğul kişı keyfiyyətlərinə (cəsarət, məsuliyyət, qətiyyət) yiyələnmir. Hər bir oğlan yalnız əhəmiyyətli bir kişi fiquru ilə eyniləşdirildikdən sonra kişi ola bilər. Ana, nə qədər istəsə də, bunu əvəz edə bilməz.

Ancaq bəzi anaların çalışdığı elə budur. Oğul doğulduqdan sonra ərini arxa plana "itələyərək" bu səhvi edirlər. Belə qadın yalnız ana rolunu oynayır və sevən bir həyat yoldaşı olmağı dayandırır. Artıq olduğunu hiss edən kişi əvvəlcə emosional sonra isə fiziki olaraq ailədən uzaqlaşır və tez-tez onu "kainatın mərkəzi"ilə tək qoyur.

2. Uğurlu olmur:

Daim hiper qayğı görən oğulun uğur qazanmaq üçün heç bir motivasiyası olmur! Hər şeyin hazırına öyrəşərək, müəyyən vərdiş bacarığları əldə etmir və uğur qazanmağa cəhd ğöstərmir.

3. Pis ər olur:

Bu aydın şəkildə “Anasının oğulcığazı”( https://youtu.be/v7QCC3wePgI) mahnısında təsvir olunur: "Birdən oyandım və dəhşətə gəldim. O, anasının oğulcığazıdır”. Belə oğul ananın ilk zəngində evi tərk edir; onunla uzun söhbətlər edir; hər cuzi narahatçılığda təsəlli verir, və bunların çox vaxt manipulyasiya olduğunu dərk etmir.

4. Özünü daimi günahkar hiss edir:

Oğluna ğörə yoldaşından uzağlaşan, şəxsi xoşbəxtliyini və karyerasını qurban verən ana, ona nə dərəcədə "pis xidmət" etdiyini anlamır. Ömrünün sonuna gədər belə oğul anasının bu səbəbdən bədbəxt olduğuna görə günahkarlıq hissi keçirir. Nəticə olaraq, rolların dəyişdirilməsi baş verir: özünə gəlın tapmağa çalışmaq əvəzinə, təsadüfi əlaqələrlə kifayətlənərək həmişə ananın evinə qayıdaraq ona qayğı göstərəcəkdir. Çunki özünü gunahkar hiss edir: “Anam bütün həyatını mənə verdi, mən isə nankoram, onu tərk edirəm, tamamilə tək qoyuram..."

Uşaqlığdan şüuraltı olaraq ananın əsirliyində olan oğulu nə gözləyir? Müxtəlif versiyalı şikəst taley gözləyir:

1. Oğul anasından ayrılmaq üçün güc tapır, ancaq ona bənzər hökmran qadınlara cəlb olunur.

2. İşi ilə "evlənir" və işgüzar olur və ya hər hansı digər (içkiyə, qumara və s.)asılılığına düşür.

3. Bir-birinin ardınca ailə qurur, ancaq anası daim onun ailə münasibətlərinə qarışır, onları məhv edir.

4. Qadınlara qəzəblənir və anasının ona etdiyi şeylərə görə onlardan intiqam alır. Məsələn, ona bənzəyən qadınları tapır, sonra onları sındırmağa çalışır.

5. Tamamilə iradəsini itirir. Evlənmir, anası ölənə qədər anası ilə yaşayır və ömrünün qalan hissəsini tək keçirir.

6. Anasına bənzəyir, həyat yoldaşı və ya uşağı ilə oxşar münasibətlər qurur, və onları "qayğı və sevgisi" ilə boğur, onlara tam nəzarət etməyə çalışır.

7.Migren və hipertansiyondan əziyyət çəkir sonda infarkt keçirdir.

Ssenarilər daha müxtəlif ola bilər, amma heç biri oğul üçün xoşbəxt sonla bitmir. Oğul daimi gözləntilərin yükünü daşıyır və ömür boyu "ananın sevinci"olmağa çalışır.

Anatoliy Nekrasov “Ana Sevgisinin Zəncirləri” kitabında bu mövzuya daha spesifik, konkret bir baxış təqdim edir və belə sevginin fəsadlarını bir çox həyat nümunələrin üzərində göstərir.

Beləliklə, bəzi analar şüursuz olaraq oğlunun həyatını dözülməz hala gətirir, həyat yoldaşı ilə anası arasında hər zaman parçalanmasına, pis oğul və pis ər olduğuna görə boğucu bir günahkarlıq hiss etməsinə səbəb olur. Belə vəziyyətdə hər kəs bədbəxt olur: ana, oğul, oğlunun həyat yoldaşı, övladları. Və ən kədərlisi odur ki, belə kişilər ümumiyyətlə normal münasibət və ailə qura bilmirlər. Ananın ölümündən sonra da, onun "ruhu" oğlunun şüuruna hakim olmağa davam edir.

Bunun qabağını almaq üçun psixoloji göbək kordu vaxtında kəsilməlidir. Göbək ciyəni kəsmək ananı sevməyi dayandırmaq demək deyil. Bu, başqa bir səviyyədə, ananın uşağını özünün bir hissəsi kimi deyil, müstəqil bir obyekt kimi sevmək deməkdir.

Mədinə Məmmədova,

psixoloq

 

İstifadə olunmuş resurslar:

https://psy-beholder.livejournal.com/45333.html

https://mybook.ru/author/anatolij-nekrasov/puty-materinskoj-lyubvi/read/

https://magiclady.net/deti/deti-i-vospitanie-detey-ot-3-do-7-let/nerazorvannaya-psihologicheskaya-pupovina-s-materyu

https://www.ya-roditel.ru/parents/base/experts/boleznennaya-privyazannost-rebenka-k-materi-vozmozhnye-slozhnosti/

https://econet.ru/articles/177855-kak-mat-prevraschaet-syna-v-psihologicheskogo-muzha

https://womo.ua/postroit-granitsyi-5-prichin-pochemu-materi-stoit-otpustit-syina/