"Çingiz Abdullayev yaxşı etməyib" - Aqil Abbas

 18:00 28.10.2022     902

“Çingizdən söz soruşmuşdular, lap deyək ki, kobudcasına soruşublar, amma cavab verə bilərdi. Ona görə də nə deyə bilərəm ki? Xoşagəlməz hadisədir".

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas Xalq yazıçısı Çingiz Abdullayevin jurnalisti təhqir etməsinə münasibət bildirərkən deyib.

"Amma Çingiz də insandır, əsəblərinə hakim ola bilməyib, insan əsəbləşə bilər. Amma yaxşı etməyib. Oldu, keçdi. Belə şeylər olur. Ona görə də, indi Çingiz Abdullayevi linç etməyin də əleyhinəyəm. Azərbaycanın görkəmli yazıçısıdır, ölkəmizi dünyaya tanıdan şəxsdir, onu da linç etməyin əleyhinəyəm", - deyə millət vəkili qeyd edib.

Xatırladaq ki, Xalq yazıçısı Çingiz Abdullayev Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayında ona qurultay üçün ayrılan 203 min manatın hara xərclənməsi barədə sual verən jurnalisti “Utanmırsan, ölmürsən, bu sualı mənə verirsən?!” deyərək təhqir edib.

Nərmin Vüqarqızı

Vumart və Güvən reklamı Vumart Güvən