"Azəriqaz"ın “Səyyar qəbul otağı” həftəlik işini Ağstafada yekunlaşdırdı - FOTO

 19:02 28.10.2022     317

Bu gün "Azəriqaz" İstehsalat Birliyinin Ağstafa rayonundakı “Açıq mikrofon” aksiyasında ümumilikdə 12 müraciət səsləndirilib.

Redaktor.az birliyə istinadla xəbər verir ki, müraciətçilərdən Məleykə Osmanova, Novruz Xudiyev, Aqil Qəhrəmanov və Vahidə Hüseynova fərdi yaşayış evlərində sonradan ödənişli (mexaniki tipli) qaz sayğaclarının əvvəldən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəzlənməsini istəyiblər.

İlqar Əzimov və Fazil Əliyev qaz xəttinin yerinin dəyişdirilməsini xahiş ediblər. Sona Qasımova, Səkinə Rzayeva, Elçin Məhərrəmov və Ralis Abdullayevin müraciətləri isə yeni yaşayış massivinin qazlaşdırılmasından ibarət olub.

Hər bir müraciət Şəmkir Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən dinlənildikdən sonra qeydə alınaraq həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

 

 

 

 

 

Vumart və Güvən reklamı Vumart Güvən