“Təbiət Gənclərin gözü ilə” devizi altında səyahət təşkil edildi - FOTO

 19:20 28.10.2022     472

28  oktyabr  2022-ci il  tarixdə  Salyan  rayon  Gənclər və İdman  İdarəsinin  təşkilatçılığı  ilə  “Təbiət  Gənclərin  gözü ilə”  devizi  altında  Şirvan  Milli  Parkına  gənclərin  səyahəti  təşkil  edilib.

Redaktor.az xəbər verir ki, Salyan  rayon  Gənclər və İdman  İdarəsinin  rəisi  Araz  Hüseynov  və Şirvan  Milli  Parkının  direktoru  Yalçın  Əhmədovun  rəhbərliyi ilə  ekskursiyada   Gənclərin  Karyera  və İnkişaf  Mərkəzinin  Salyan rayon  nümayəndəliyinin əməkdaşları  və könüllüləri,  Salyan  rayon  Uşaq  Gənclər  İnkişaf  Mərkəzində  fəaliyyət  göstərən  eko  klubunun  üzvləri  iştirak  edib.
Tədbir zamanı  gənclər  “Safari”  markalı  avtomobillərlə  Şirvan  Milli  Parkı  ərazisində  ceyranları və canlılar  aləmini seyr etdi.  Köçəri  quşların  məskən  saldığı  göl ərazisinə  səyahət edildi.

Qeyd edək ki, Şirvan Milli Parkı 2003-cü ildə yaradılıb. 65 min hektar ərazisi olan Milli Park Bakının Qaradağ rayonu, eləcə də, Salyan və Neftçala rayonlarının inzibati ərazilərini əhatə edir. Ərazidə Şirvan Dövlət Təbiət Qoruğu və Bəndovan Dövlət Təbiət Yasaqlığı da yerləşir. Şirvan Milli Parkının yaradılmasında əsas məqsəd yarımsəhra landşaftının başlıca komponentlərini, adları "Qırmızı kitab"a düşən ceyranları və ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, əhalini ekoloji maarifləndirmək, turizm və istirahət üçün şərait yaratmaqdır.

Şirvan  Milli  Parkının  turizm  bələdçisi  Hikmət  Qənbərov  gənclərə  Şirvan  Milli  Parkı haqqında, Milli Parkın flora və faunası,  burada  yaşayan  digər canlı   heyvanlar aləmi  haqqında  ətraflı məlumat  vermişdir. Səyahət zamanı ekskursiya  iştirakçıları  velosipedlərlə Milli Park  ərazisində  yürüşə  çıxdılar.

Sonda  ekskursiya  iştirakçıları  üçün  çay  süfrəsi  ətrafında   tədbir  davam  etdirildi

Vumart və Güvən reklamı Vumart Güvən