Bakı Su İdman Sarayı Türkiyə bayrağı ilə işıqlandırılıb - VİDEO

 10:10 29.10.2022     165

Türkiyənin Cümhuriyyət Günü münasibətilə Bakı Su İdman Sarayı bu ölkənin bayrağı ilə işıqlandırılıb.

Redaktor.az xəbər verir ki, şəhərin müxtəlif yerlərindən idman sarayının üzərində olan Türkiyə bayrağını izləmək mümkün olub.

İşıqlandırma Bakı Su İdman Sarayı tərəfindən həyata keçirilib.

Qeyd edək ki, oktyabrın 29-u Türkiyə Cümhuriyyətinin yaranması günüdür.

Xatırladaq ki, qardaş ölkənin Cümhuriyyət Günü münasibətilə ötən il Milli Gimnastika arenası Türkiyə bayrağının rəngi ilə işıqlandırılıb.