"Babək Səmidliyə inanıram, səs yazısı araşdırılmalıdır" - Aqil Abbas

44 gün davam edən İkinci Qarabağ müharibəsində korpus komandirinin müavini kimi iştirak edən, şəhid polkovnik Babək Səmidlinin "Youtube"də yayılan səsyazıları cəmiyyətdə böyük rezonans yaradıb. Qeyd edək ki, səsyazmanın ikinci hissəində o 44 günlük Vətən müharibısində Azərbaycan ordusundakı bəzi yüksək rütbəli generalların nöqsanlarından danışıb.
Redaktor.az xəbər verir ki, məsələyə münasibət bildirən Milli Məclisin deputatı Aqil Abbas "Meydan TV"yə səsyazmadadakı ittihamların araşdırılmasının vacibliyindən danışıb:
"Prokurorluq orqanları onu araşdırmalıdır. Orada müharibədə kimlərinsə xəyanəti iləbağlı çox ciddi söhbətlər var. Prokurorluq araşdırmalıdır ki, bu səsyazma niyə iki ildən sonra ortaya çıxıb? Bu da da bir maraqlı məsələdir. Bu hüquq-mühafizə orqanlarının işidir. Ona görə də, mən müstəntiq deyiləm ki, sözümü deyim. Amma Babək Səmədli qəhrəmandır. Ona görə də, dediklərinə inanırıq. Rəhmətlik gördüklərindən, döyüşdə şahidi olduğu hadisələrdən danışır. 44 günlük Vətən Müharibəsinin daha tez başa çata biləcəyini deyir. Hardan qaynaqlanır? Babəkə necə inanmaya bilərəm? Özünü də, ailələrini də, atasını da, bacısını da tanıyırdım. Belə bir güman var ki, səs yazısını kimlərəsə ötürüblər və ondan sonra minaya düşüb. Məndə Suqovuşanda, o ərazilərdə olmuşam. Hələ də minalardan tam təmizlənməyib. Ona görə də, Babək orda minaya təsadüfən də düşə bilərdi, qəsdən də salına bilərdi. Bütün bunları prokurorluq orqanları araşdırmalıdır".
bilərdi, qəsdən də salına bilərdi. Bütün bunları prokurorluq orqanları araşdırmalıdır".