Heydər Əliyev Mərkəzi Türkiyə bayrağı ilə işıqlandırıldı

 20:00 29.10.2022     154

Türkiyənin Cümhuriyyət Günü münasibətilə Heydər Əliyev Mərkəzi bu ölkənin bayrağı ilə işıqlandırılıb.

Redaktor.az xəbər verir ki, ətrafdakı ərazidə Heydər Əliyev Mərkəzinin binası üzərində olan Türkiyə bayrağını izləmək mümkün olub.

Qeyd edək ki, oktyabrın 29-u Türkiyə Cümhuriyyətinin yaradıldığı gündür.