İcra başçısı qazini özünə köməkçi təyin etdi

 10:01 31.10.2022     285

Vətən müharibəsi iştirakçısı Yusif Hacıyev Göygöl Rayon İcra Hakimiyyətinin (RİH) başçısının köməkçisi vəzifəsinə təyin edilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Qeyd edək ki, Hacıyev Yusif Faiq oğlu Bakı Dövlət Universitetini bitirib.

O, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.

Vumart və Güvən reklamı Vumart Güvən