Peyvənd olunanların STATİSTİKASI

 22:25 31.10.2022     348

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb. 

Redaktor.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci, ikinci, 3-cü və daha çox, pozitiv nəticədən sonra buster doza vaksin olunan olmayıb.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 911 037, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 389 999, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 871 404, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 386 616, pozitiv nəticədən sonra buster doza olunanların sayı 263 018 təşkil edir.