“Azəriqaz” daha bir kəndi qazlaşdırdı - VİDEO
Dövlət proqramı çərçivəsində 2022-ci ilin qazlaşdırma planına uyğun olaraq Lerik rayonunun Babaküçə kəndi qazlaşdırılıb.
Bu barədə Redaktor.az-a SOCAR “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Qeyd edilib ki, vətəndaşların qaz təchizatı şəbəkəsinə əlçatanlığının təmin edilməsi məqsədilə paylayıcı qaz kəmərlərinin tikinti-quraşdırma işləri yekunlaşdırılaraq qazın verilişi təmin edilib.
Ölkə başçısının şəhid ailələri və qazilərin sosial-məişət qayğılarının diqqətdə saxlanılması tapşırığına uyğun olaraq SOCAR “Azəriqaz” İB tərəfindən kənddə məskunlaşmış 1-ci Qarabağ müharibəsi şəhidi Telman Kazımovun qardaşının fərdi yaşayış evi qazlaşdırılıb.












