Özbəkistan telekanalında Ağdam və Zəngilana dair veriliş nümayiş etdirilib - FOTO

 13:58 01.11.2022     328

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycana təşkil olunmuş Mediaturun nəticəsi olaraq Daşkənddəki “Mening Yurtim 5” telekanalının “Xush ko'rdik” televiziya proqramında  dünən Azərbaycanın Ağdam və Zəngilan şəhərlərinə dair veriliş nümayiş etdirilib.

Redaktor.az xəbər verir ki, jurnalist Manuchehr Qalandarzodanin aparıcılığı ilə verilişdə Ağdam şəhərinə səfər edərək şəhərin hazırkı vəziyyətinə nəzər salınır, tamamilə məhv edildiyi qeyd olunur.

Verilişdə Ağdam şəhərinin xan nəslinin ilk mülklərindən biridir, XVIII əsrin tarixi-memarlıq abidəsi olaraq Ağdamdakı Pənahəli xan sarayı, habelə məşhur qarabağlıların dəfn edildiyi İmarət qəbiristanlığı haqqında məlumat verilir.

Televiziya layihəsində sözügedən abidələrin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalı zamanı vandalizmə məruz qaldığı, çoxsaylı tarixi-mədəni və dini abidələrimizin məhv edildiyi qeyd olunur.

“Xush ko'rdik” televiziya proqramında Azərbaycanın Şərqi Zəngəzur bölgəsinə ziyarət də geniş işıqlandırılıb, Zəngilan rayonundan  və burada qurulan müasir “Smart City” (“Ağıllı şəhər”) və “Smart Village” (“Ağıllı kənd”) konsepsiyaları haqqında geniş məlumat verilir.

Şərqi Zəngəzurda aparılan geniş quruculuq işləri, ümumilikdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində reallaşdırılan bərpa və yenidənqurma layihələri barədə  tamaşaçılar məlumatlandırılır.

Zəngilan rayon sakini telekanala müsahibəsində 30 ilə yaxın ayrılıq və həsrətdən sonra öz ana vətənlərinə qayıtdıqlarını qeyd edir. O, Azərbaycan dövlətinin həyata keçirdiyi ağıllı şəhər layihəsinin şəhər həyat sistemlərinin iqtisadi, ekoloji cəhətdən təmiz və təhlükəsiz istifadəsini nəzərdə tutur, innovativ texnologiyaların tətbiqi ilə insanların həyat şəraitini, müasir həyat keyfiyyətini təmin edilməsinə yönəldiyini vurğulayıb.

 

222