"İran generalının ölümünə yas tutan birisi dövlət qurumunda məsul vəzifəyə götürülüb" - Fazil Mustafa

 14:15 01.11.2022     694

"Mübarizə ilə mübarizə imitasiyası ayrı-ayrı şeylərdir. Mənim gördüyüm hələ ki, mübarizə imitasiyasıdır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

"İranın məlum generalının ölümünə yas tutan birisi dövlət qurumunda məsul vəzifəyə götürülür. İran şəbəkəsinin Rusiyada ideoloji tapşırıqlarını icra edən birisi Bakının mərkəzində auditoriya yığıb kitab evində geniş təqdimat keçirir. İranın iki qadın qarğasının dili ilə dövləti müdafiə edən televiziyanın qarşısında Azərbaycan əhalisinin 90 faizinin İrançı olduğu deyilir. Kimdir axı bütün bu prosesin səlahiyyətli dəstəkvericiləri? Üstəlik də İranın son günlər atdığı addımlara qarşı televiziyalardan bəzən qulağımızı deşən təməlsiz və bəsit informasıya siyasətinə aid bir söz də söyləmək olmur... Kimə deyəsən, hara anladasan?" - deyə sual edən millət vəkili qeyd edib ki, bu ölkə üçün narahatçılıq keçirən insanlar savadsızlıqdan, qanmazlıqdan, naşılıqdan, biganəlikdən nə etdiyini bilməyənlərin ucbatından məkrli bir düşmənin qarşısında müqavimətsiz durumda qalıb:

"Heç bir prosesə zamanında hazır ola bilmirik".

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən