Bakıda bu binalar söküləcək - VİDEO

 23:45 01.11.2022     259

Bakıda köhnə binalar söküləcək, əvəzində yeniləri inşa ediləcək.

Redaktor.a xəbər verir ki,  bu barədə "Xəzərxəbər"ə  müsahibəsində Bakı Şəhər İcra Hakimiyyətinin  başçısı Eldar Əzizov  bildirib.

O deyib ki, paytaxtda hər ikinci sakin SSRİ vaxtı tikilmiş, tipik çoxmənzilli binalarda yaşayır. Bu o deməkdir ki, paytaxtda istismar müddəti başa çatan 5 və 9 mərtəbəli binalar və fərdi yaşayış evləri söküləcək. Həmin binalarda yaşayan sakinlər isə mərhələli  şəkildə köçürüləcəklər

Şəhər meri qeyd edib ki, söküntü sovet dövründə tikilmiş bütün yaşayış binalarına şamil olunacaq.

Həmin binalarda yaşayan sakinlər isə mərhələli  şəkildə köçürüləcəklər.

Eldar  Əzizovun sözlərinə görə, proses daimi xarakterlidir.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik: