"İçərişəhərdə sahibkarlarla görüş keçirildi - FOTO

1 noyabr 2022-ci il tarixində “İçərişəhər” DTMQ İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə İçərişəhər ərazisində fəaliyyət göstərən bir sıra sahibkarlar ilə görüşüb.
Redaktor.az xəbər verir ki, görüşdə ekosistemin inkişafı, sahibkarlıq subyektlərinin günün tələblərinə uyğun yenilənməsi, sahibkarlıq fəaliyyətində #inkişaf istiqamətlərinin öyrənilməsi və bu sahədəki işlərin tənzimlənməsi, eləcə də birgə #əməkdaşlıq layihələrinin icrası məsələləri müzakirə edilib.
Görüşdə iştirak edən Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, İçərişəhər Ağsaqqallar şurasının sədr müavini Saləddin Allahverdiyev, İdarənin səlahiyyətli şəxsləri öz təcrübə və təkliflərini bölüşüblər.










