“Poz-Qazan” biletlərində eyni gündə 3 böyük uduş QAZANILDI!

 11:32 02.11.2022     196

“Azərlotereya” ASC-nin “Poz-Qazan” biletlərində noyabr ayı böyük uduşlarla başlayıb. “Ani 50”da 50 000 manatlıq mükafat Sumqayıt, “Qızıl”da 25 000 manat uduş isə Bakı sakininə qismət olub.

Lənkəran sakini Zöhrab Səfərov “5X” ani lotereyasında 100 000 manat qazanıb. Uduşlu bilet “Azərpoçt”un rayonun Vilvan kəndində yerləşən poçt şöbəsindən alınıb.

Bu “Azərpoçt”dan alınan biletlərdə qazanılan ilk böyük uduş deyil. Daha əvvəl də “Azərlotereya” ASC-nin “Poz-Qazan” biletlərində böyük uduşlar qazanılıb.

"Azərlotereya"nın “Azərpoçt” MMC ilə əməkdaşlığı çərçivəsində lotereya biletlərinin poçt şöbələrində satışı həyata keçirilir. Satışlar Bakı şəhəri üzrə 100-ə yaxın, ölkə üzrə isə 500-dən yuxarı poçt məntəqəsini əhatə edir.

Artıq bir müddətdir ki, “Azərpoçt” şöbələrində “Poz-Qazan” biletləri ilə yanaşı, “Super KENO”, “4+4” və “Meqa 5/36” tirajlı lotereya biletlərini də əldə etmək mümkündür. Hazırda ölkə üzrə 34 mərkəzi poçt şöbəsində tirajlı lotereyalar satılır, bu sayın artırılması istiqamətində işlər görülür.

Qeyd edək ki, “Azərlotereya” ASC-nin ani lotereya biletlərində 200 000, 100 000, 50 000 və 25 000 manatlıq böyük uduşlar, eləcə də milyonlarla digər uduşlar şanslı qaliblərini gözləyir. Tirajlı lotereyalarda isə 1 000 000 manata qədər uduş şansı təqdim olunur.