Vilayət Eyvazov bu şəhərdə qəbul keçirəcək

 11:40 02.11.2022     303

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən cari il noyabr ayının 24-də Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasında Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 23.11.2022-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Vumart və Güvən reklamı Vumart Güvən