Müalicə üçün xaricə göndərilən qazilərin sayı AÇIQLANDI

 13:30 02.11.2022     314

“YAŞAT” Fondu tərəfindən 184 qazi müalicə üçün ölkə xaricinə göndərilib.

Redaktor.az xəbər verir ki, bunu 44 günlük Vətən müharibəsinin ikinci ildönümünə həsr edilmiş “Zəfərin Fatehləri” adlı tədbirdə "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov deyib.

Onun sözlərinə görə, onlardan 177-si ağır yaralı kimi qiymətləndirilir:

“Bu, ümumi yaralı sayının 0,3-0,4 %-ni təşkil edir. Yaralanan qazilərimizin 99,5 faizindən çoxunun həyat fəaliyyətini davam etdirməsi fədakar həkimlərimizin əziyyətinn nəticəsidir”.

O həmçinin qeyd edib ki, Vətən müharibəsində zamanı 42 tibb işçisi şəhid olub, 159-u yaralanıb (apa).