Mədəniyyət Nazirliyinin şöbə müdiri HƏBS EDİLDİ - FOTO

 18:37 02.11.2022     333

Mədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Redaktor.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində bununla bağlı istintaq orqanının vəsatətinə baxılıb və təmin edilib.

Qeyd edək ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Əməliyyat zamanı saxlanılanlar arasında nazirliyin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov da var.

Məlumat üçün bildirək ki, İlkin Nəsibov  DTX-nın əməliyyatı zamanı onunla birlikdə saxlanılan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin xalası oğludur.  

İlkin Nəsibov 2012-2020-ci illərdə “Ata Bank”da və “Kapital Bank”da məsul vəzifələrdə çalışıb. 

O, 2020-ci ilin avqustunda xalası oğlu olan Elnur Əliyevin vasitəsilə Mədəniyyət Nazirliyində vəzifəyə təyin olunub.

Tunar Altunbay