Sahibkarlarla növbəti görüş Şamaxı rayonunda keçiriləcək

 21:22 02.11.2022     373

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Redaktor.az xəbər verir ki, “Azəriqaz”-In KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Şamaxı rayonunda görüşü təşkil olunacaq.

Aksiya Şamaxı Tarix-Diyarşünaslıq  Muzeyinin qarşısında (Seyyid Əzim Şirvani küçəsi) baş tutacaq.

“Səyyar qəbul otağı” noyabr 5-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.