DTX-nin saxladığı deyilən Elnur Əliyev işdədir - RƏSMİ
Noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanıldığı bildirilən nazirin birinci müavini Elnur Əli oğlu Əliyev işinin başındadır.
Redaktor.az xəbər verir ki, bu barədə modern.az-a Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Nuridə Allahyarova bildirib.
"Elnur Əliyev nazirin birinci müavinidir. Onun işə çıxmaması üçün hər hansı səbəb yoxdur", - N.Allahyarova bildirib.
Xatırladaq ki, yerli mətbuatda yayılan məlumatlarda E.Əliyevin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı istintaqa cəlb edildiyi bildirilirdi.












