Qarabağ münaqişəsi artıq tarixdə qalıb!
44 Günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərə imza atdı. Vətən müharibəsində Silahlı Qüvvələrimiz işğal altında olan yaşayış məntəqələrimizi bilavasitə döyüş meydanında işğaldan azad etdi. Şuşa şəhərinin işğaldan azad edildiyi günün səhərisi bir çox yaşayış məntəqəsinin və bir sıra strateji yüksəkliklərin azad olunmasından sonra işğalçı Ermənistan müharibəni davam etdirə bilməyəcəyini anlamışdır. Buna görə də kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı. 2020-ci ilin Noyabr ayının 10-da imzalana üçtərəfli Bəyanata əsasən Ermənistan məğlub tərəf kimi öz üzərinə bir sıra öhdəliklər götürdü. Bu öhdəliklərin içərisində Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz Azərbaycan Respublikasına təhvil verilməsi idi. Azərbaycanın Vətən müharibəsində qazandığı Şanlı Qələbədən sonra regionda yeni reallıqlar yaranıb. Prezidentimizin vurğuladığı kimi, "artıq yeni dövr başlayıb - quruculuq dövrü, postmünaqişə dövrü. Hesab edirik ki, münaqişə həll olunub, biz ərazi bütövlüyümüzü bərpa etmişik. Azərbaycanda Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur”.
Müharibədən sonra münasibətlərin normallasşdırılması ilə əlaqədar olaraq Azərbaycan Ermənistana tərəflər arasında bağlanılacaq sülh müqaviləsi üçün beş əsas baza prinsipi təqdim edib. Təqdim edilən həmin prinsiplər hər iki ölkənin maraqlarına və mənafeyinə xidmət göstərir. Azərbaycanın bu qədər hümanist addımlarına baxmayaraq Ermənistan tərəfi hələdə üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmağa çalışır. Ermənilər yeni yeni təxribatlar törətməklə regionda sülhü və sabitliyi pozur.
Ölkəmizin zəfəri ilə nəticələnmiş Vətən müharibəsindən sonra Ermənistanla siyasi arenada aparılan savaş da Azərbaycanın tam üstünlüyü ilə davam etdirilir. Bu günə qədər keçirilmiş bütün görüşlərin gündəliyinə çıxarılan və müzakirə olunan məsələlər göstərir ki, Azərbaycan İkinci Qarabağ müharibəsindəki qələbəni postmüharibə dövründə də inamla qoruyub saxlayır. 2022-ci il oktyabrın 31-də Soçidə keçirilən görüş də bunu bir daha təsdiqlədi. Prezident İlham Əliyev əvvəllər olduğu kimi, Soçi görüşündə də Azərbaycanın maraq və mənafelərini qətiyyətlə təmin etdi. Soçi görüşü Ermənistanın kapitulyasiyasının növbəti təzahürü oldu, Azərbaycanın sülh, əməkdaşlıq çağırışlarına hərbi təxribatlarla cavab vermək siyasətinin üstündən xətt çəkdi. Soçi görüşünün yekununda tərəflər arasında imzalanan bəyanat bir daha göstərdi ki, Azərbaycan müharibədən sonra yaranmış yeni reallıqlardan irəli gələn maraqlarını qətiyyətlə təmin edir.
Altun Şeydayev,
YAP Ağsu rayon təşkilatının sədr müavini












