ANAMA-dan əhaliyə MÜRACİƏT

 12:42 03.11.2022     150

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) vətəndaşlara müraciət edib.

ANAMA-nın Mətbuat Xidmətindən Redaktor.az-a daxil olan məlumatda deyilir:

"ANAMA vətəndaşlara bir daha müraciət edərək bildirir ki, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmasınlar, yalnız təyin olunan marşrutlardan istifadə etsinlər. Rast gəldikləri naməlum əşyalara toxunmaq, zərbə yetirmək və ya müdaxilə etmək qəti qadağandır!".