47 partlayış, 14 ölüm, 84 xəsarət...

 14:07 03.11.2022     156

Bu ilin 9 ayı ərzində respublika ərazisində 47 partlayış hadisəsi baş verib, 14 nəfər həlak olub, 84 nəfər xəsarət alıb və 2 nəfər xilas edilib.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, bu da 2021-ci ilin 9 ayı ilə müqayisədə 10 hadisə və ya 18% azdır.