Keçmiş nazir vəfat etdi - Cənazəsi Azərbaycana gətirilir

 09:13 04.11.2022     610

Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə report-a onun ailəsindən məlumat verilib.

Bildirilib ki, F.Məmmədov ötən gecə Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Qeyd olunub ki, o, ürək çatışmazlığından vəfat edib.

Hazırda onun cənazəsinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür. 

Mərhumun harada dəfn olunacağı dəqiqləşdirilir.

Qeyd edək ki, Fazil Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.