İranda azərbaycanlı gənc qız hökumət qüvvələri tərəfindən öldürüldü
Əslən Qərbi Azərbaycan əyalətinin Sayınqala (Şahindej) şəhərindən olan 23 yaşlı Nəsim Sidqi oktyabrın 31-də Urmu şəhərində aldığı güllə yarası nəticəsində həyatını itirib.
Redaktor.az xəbər verir ki, bu barədə "mouze" teleqram kanalı məlumat yayıb.
"Onun yaxınları gənc qızın Urmu şəhərinə makiyaj kursunu bitirmək üçün getdiyini və şəhərdə keçirilən etiraz aksiyasında öldürüldüyünü deyirlər. Onlar, təhlükəsizlik idarəsinin Nəsim Sidqinin ailəsini təhdid edərək övladlarının avtomobil qəzasında öldüyünü demələrini tələb ediblər" - xəbərdə deyilir.
Nəsim Sidqinin dəfn mərasimi hökumət qüvvələrinin basqısı və nəzarəti altında səssiz və az sayda insanın iştirakı ilə keçirilib.
T.İSMAYIL












