Prezidentin işdən çıxartdığı nazir müavini DANIŞDI

 11:38 04.11.2022     256

DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatla saxlanılan və sonradan sərbəst buraxılan nazir müavini Elnur Əliyev açıqlama verib.

Redaktor.az gununsesi.info-ya istinadən xəbər verir ki, Elnur Əliyev evində olduğunu bildirib:

“Hazırda evimdəyəm. İndi elə bir vəziyyətdir ki, nəsə deyə bilmərəm. Yəqin ki, yaxın zamanlarda hər şey aydınlaşar, sizin də bundan məlumatınız olar”.

Qeyd edək ki, Elnur Əliyev sərbəst buraxılsa da, ötən gün Prezident tərəfindən nazirin birinci müavini vəzifəsindən azad olunub.