İşdən çıxarılan jurnalist "Yeni Azərbaycan” qəzetini məhkəməyə verib

 14:53 04.11.2022     424

3 noyabr 2022-ci il tarixində tanınmış jurnalist Qaşqay Ziyəddinoğlunun (Qaşqay Ziyəddin oğlu Ramazanov) Yeni Azərbaycan Partiyasının (YAP) təsisçisi  olduğu “Yeni Azərbaycan” qəzetinə qarşı məhkəmə iddiası əsasında Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzovanın sədrliyi ilə hazırlıq iclası keçirilib.

Redaktor.az-ın məlumatına görə, Qaşqay Ziyəddinoğlunun mediaya açıqlamasında qeyd olunur ki, məhkəmə iddiası jurnalistin qanunsuz olaraq işdən azad edilməsinə görə qaldırılıb və iddiaçı cavabdeh tərəfdən işə bərpa olunmasını, məcburi işburaxma dövrü üçün əməkhaqqının tam şəkildə ödənilməsini, habelə son 10 ay ərzində peşəkar fəaliyyətinə maneçilik törədildiyinə, işgüzar nüfuzuna xələl gətirildiyinə görə əlavə təzminat tələb edir.

Məlumat üçün bildirək ki, Qaşqay Ziyəddinoğlunun “Yeni Azərbaycan” qəzetinə qarşı iddiası əsasında məhkəmə prosesinin növbəti iclası 10 noyabr 2022-ci il tarixinə təyin olunub.

Vumart və Güvən reklamı Vumart Güvən