Fazil Məmmədovun cənazəsi Azərbaycana gətirildi

 18:23 04.11.2022     144

Ötən gecə Türkiyədə vəfat edən Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədovun cənazəsi Bakıya gətirilib.

Rezaktor.az "Report"a istanadla xəbər verir ki, bu barədə ailəsindən bildirilib.

Bildirilib ki, sabiq nazirin cənazəsi yaşadığı evə aparılıb.

F.Məmmədov noyabrın 5-də Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, F.Məmmədov ötən gecə Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilib.

Xatırladaq ki, F.Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.