İranda daha bir azərbaycanlı qız həbs edildi - FOTO
Əldə edilən məlumatlara görə, azərbaycanlı fəal Səkinə Piran cümə axşamı, noyabr 3-də həbs edilib.
Redaktor.az "mouze" teleqram kanalına istinadla xəbər verir ki, o, hazırda Təbriz Mərkəzi Həbsxanasında saxlanılır.
Qeyd edək ki, Səkinə Piran 24 yaşında, əslən Muğandandır və Təbrizdə yaşayır. O, ürək çatışmazlığından əziyyət çəkir. O, işə gedərkən İran İslam Respublikasının zabitləri tərəfindən həbs edilib və işgəncələr altında etiraf etməyə məcbur edilib.
T.İSMAYIL













