Fazil Məmmədov dəfn edildi - FOTO
Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov dəfn edilib.
Redaktor.az xəbər verir ki, mərasimdə sabiq nazirin ailə üzvləri, yaxınları, dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, F.Məmmədov noyabrın 3-də Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilib (report).














