Elnur Kələntərovun Olimpiya Himni klipi 1-ci yerə layiq görüldü

Milli Olimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə Idman Filmləri və Proqramları Festivalının mükafatlandırma mərasimi keçirilib.
Redaktor.az xəbər verir ki, tədbirdə ölkənin idman ictimaiyyəti, tanınmış idmançılar və KİV nümayəndələri iştirak ediblər. Elnur Kələntərovun layihə rəhbəri olduğu Olimpiya Himninin klipi festivalda "İlin ən yaxşı klipi" nominasiyasında 1-ci yerə layiq görülüb.
Klipin premyerası 11 noyabrda Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunacaq dövlət tədbirində baş tutacaq.
Həmidə İbrahimova
