Milli Məclisdən Prezidentə və birinci xanıma TƏBRİK

 11:23 05.11.2022     256

Milli Məclisin bugünkü plenar iclasında 8 Noyabr-Zəfər Günü ilə əlaqədar bəyanatın qəbul edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Redaktor.az xəbər verir ki, qanunverici orqanın sədri Sahibə Qafarova qazanılan zəfərin Prezident İlham Əliyevin yenilməz iradəsinin nəticəsi olduğunu deyib.

O qeyd edib ki, Azərbaycan BMT və digər beynəlxalq sənədlərin icrasını öz gücü ilə təmin edib.

S.Qafarova Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubları ünvanlanmasını təklif edib. Deputatlar bu təklifi alqışlarla qarşılayıblar.