Sabahdan 4 günlük tətil BAŞLAYIR

 11:31 05.11.2022     273

Sabahdan Azərbaycanda dörd günlük tətil başlayır.

Redaktor.az xəbər verir ki, qeyri-iş günləri noyabrın 6-sı, 7-si, 8-i və 9-u tarixlərini əhatə edəcək.

Belə ki, Baş nazir Əli Əsədovun oktyabrın 18-də imzaladığı qərarla iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi ilə noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib.

Noyabrın 6-sı bazar gününə təsadüf etdiyindən qeyri-iş günüdür. 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür.

Beləliklə, noyabrın 6,7,8 və 9-da ölkədə qeyri-iş günü olacaq.

Qeyd edək ki, noyabrın 10-u növbəti iş günüdür.