Rusiya Laçın dəhlizi vasitəsilə Xankəndidəki terrorçuları silahlandırır

 20:57 05.11.2022     287

Bu gün Laçın dəhlizi ilə “sülhməramlı humanitar yardım” adı altında silahların daşınması aşkar edilib.

Redaktor.az xəbər verir ki, “Caliber”in məlumatına görə, “sülhməramlılar” öz müvəqqəti məsuliyyət zonasına aşağıdakıları tədarük ediblər:

- piyada əleyhinə minalar;

- tank əleyhinə minalar;

- avtomatik atıcı silahlar, o cümlədən, dəzgahlı pulemyotlar;

- snayper tüfəngləri;

- 122 mm-lik minaatanlar;

- “Fagot” tank əleyhinə idarəolunan raketlər (10 ədəd);

- “Kornet” tank əleyhinə idarəolunan raketlər (10 ədəd);

- Qumbaraatanlar;

- Portativ rabitə;

- Sursatlar.

Bu silahların hamısı Rusiyanın Gümrüdəki hərbi bazasından çıxarılıb.

Bundan başqa bu gün və sabah Erebuni hava limanına Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin silahlarla dolu daha iki təyyarəsinin gəlməsi və həmin silahların Gümrü bazasında saxlanılması gözlənilir. Bəzi silah növləri İran və Suriyadan cəlb olunub.

Bir sözlə, Laçın “dərəsində” əməlli-başlı qanunsuzluq hökm sürür. Rusiya sülhməramlıları ərazidəki terrorçuları silahlandırırlar.

Vumart və Güvən reklamı Vumart Güvən