DTX-nın Mədəniyyət Mərkəzində Zəfər Günü qeyd olundu - FOTO

 21:22 05.11.2022     317

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib.

Redaktor.az xəbər verir ki, Vətən müharibəsi iştirakçılarının, DTX-nin əməkdaşlarının, Xidmətin Heydər Əliyev adına Akademiyasının kursantlarının və DTX-nin hərbi hissəsinin əsgərlərinin iştirak etdiyi tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında vətənpərvərlik mövzusunda hazırlanmış mədəni proqram təqdim olunub.

Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.

news-inner news-inner news-inner news-inner news-inner news-inner news-inner    

Vumart və Güvən reklamı Vumart Güvən