Zəfər Günü “İçərişəhər”də qeyd edildi - FOTO

 22:32 05.11.2022     248

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 44 günlük Vətən müharibəsində Rəşadətli Ordumuz tərəfindən əldə olunan böyük zəfərin ikinci ildönümünü qeyd edib.

Redaktor.az xəbər verir ki, idarənin nəzdində fəaliyyət göstərən Tahir Salahovun ev-muzeyində təşkil edilən “Zəfər yaddaşı” adlı tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və 44 günlük Vətən Müharibəsində canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə İşərişəhər və Qala Qoruğunun Vətən Müharibəsi iştirakçısı olmuş əməkdaşlarıları və sakinləri, şəhid və qazi ailələri iştirak ediblər.

Tədbirin aparıcısı əməkdar mədəniyyət işçisi Rahib Azəri tədbirdə iştirak edən hər kəsi salamlayıb.

Çıxış edən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə bu qələbənin Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, Azərbaycan oğullarının şücaəti və xalqımızın birliyi sayəsində əldə edilməsindən bəhs edib.

Həmçinin, İçərişəhər Ağsaqqal Şurasının sədri Teymur İslamzadə qələbəmizin tarixi əhəmiyyətindən, Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində keçdiyi şərəfli yoldan söz açıb.

Daha sonra İkinci Qarabağ müharibəsi barəsində çəkilən “Zəfər yolu” filminin müəllifi Anar Şuşalı filmin ərsəyə gəlməsindən, filmin hazırlanması zamanı keçdiyi müharibə həyatından danışıb, və filmdən fraqmentlər nümayiş olunub.

222222222222