Ağsuda Vətən müharibəsi şəhidinin anım günü keçirilib - FOTO

 19:21 07.11.2022     188

Torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda gedən 44 günlük Vətən müharibəsində döyüşərək qəhramancasına şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri olan şəhid Dadaşzadə Hüseyn Zülfüqar oğlunun anım günü Ağsu rayonunda qeyd edildi.

Redaktor.az xəbər verir ki, tədbirdə YAP Ağsu rayon təşkilatının, Ağsu rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin, rayon ictimaiyyətinin nümayəndələri, partiya fəalları, şəhidin yaxınları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və rayon sakinləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları şəhid Dadaşzadə Hüseyn Zülfüqar oğlunun Şəhidlər Xiyabanında yerləşən məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, ruhuna dualar oxudular. Daha sonra çıxış edənlər şəhid Hüseyn Dadaşzadənin keçdiyi şərəfli döyüş və ömür yolundan bəhs ediblər.

Sonda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Dadaşzadə Hüseyn Zülfüqar oğlu 27.05.1996-cı ildə Ağsu rayonunun Kəndoba kəndində anadan olub. 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub. Vətən müharibəsinə könüllü olaraq qatılmış, Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı, Şuşa istiqamətindəki döyüşlərdə xüsusi qəhrəmanlıq göstərib. Noyabrın 5-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Hüseyn Dadaşzadə ölümündən sonra "Vətən uğrunda", “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

Tunar

22222