Azərbaycanda massonlara aid əşyalar satışa çıxarıldı - FOTO

 19:34 07.11.2022     174

Azərbaycanda massonlara aid bir neçə əşya satışa çıxarılıb.

Redaktor.az xəbər veriir ki, bu barədə sosial şəbəkələrdəki elan səhifələrində məlumatlar paylaşılıb.

Bildirilib ki, massonlara aid bürünc medal, əşyalar və sənədlərlə birgə dəri diplomat hərrac yolu ilə satışa qoyulub. Hər iki əşyanın hərracda ilkin və minimal artım qiyməti 5 manat təyin edilib.

Bürünc medal 1949-cu ilə aiddir. Diplomatda 1948-1998-ci illərə məxsus sənədlər var.

Bürünc medal 110 manat təkliflə satılıb. Diplomata isə 500 manat təklif edilib.