Komitə sədri şəhid ailələri ilə görüşdü - FOTO

 20:34 07.11.2022     209

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Zəfər Günü ərəfəsində bir qrup şəhid ailəsi üzvü ilə görüşüb.

Redaktor.az xəbər verir ki, görüşdə Bərdəli şəhid anaları - Səid Ədilovun anası Əzizə Ədilova, Elməddin Yusifovun anası Nigar Yusifova, Şövqi İsmayılzadənin anası Hicran İsmayılova və əslən Kəlbəcərdən olan (Samuxda məskunlaşmış) şəhid Daşqın Şəfiyevin anası Gülnaz Şəfiyeva iştirak edib.

Q.Paşayeva şəhid analarını salamlayaraq, şəhidlərimiz kimi, onların analarının da könlümüzdə əbədi taxt qurduğunu vurğulayıb: "Şəhidlərimizə də, Siz, şəhid analarına da daim borcluyuq və sizlərə olan borcumuz heç zaman bitməyəcək.

Xalqımız, bütün Dünya Azərbaycanlıları şəhidlərimizlə fəxr edir, qürur duyur.

Ali dövlət rəhbərliyi, şəhidlərə və onların ailələrinə daim həssas münasibət göstərir və bu, həssaslıq hər bir Millət vəkili, məmur, cəmiyyətn aparıcı qüvvələri üçün də örnəkdir.

Qarşıdan əziz Zəfər Bayrammız gəlir. Bu əziz bayram münasibəti ilə təbriki ən çox siz səhid analaı haqq edirsiz. Sizlərin timsalında bütün şəhid analarını ürəkdən təbrik edir, qəhrəman şəhidlərimizin əziz ruhu qarşısında dərin sayğılarla baş əyirik".

Komitə sədri şəhid analarını dinləyib, ürək sözlərini, onları maraqlandıran məsələlərlə bağlı mövqeyini bölüşüb, həmin məsələlərin həlli istiqamətində aidiyyatı qurum və şəxslərlə əlaqə saxlayıb.

Görüşdən sonra Q.Paşayeva şəhid analarını MM Mədəniyyət Komitəsinin dəstəyi ilə Xətai Sənət Mərkəzində təşkil olunan Zəfər Rəsm sərgisinə dəvət edib.

Vətən müharibəsi qazisi Şamil Xabarovun xanımı - istədadli yeni nəsil rəssamı Elminaz Qəhrəmanova və fiziki imkanları məhdud gənc - istedadlı rəssam Ceyhun Ənvərzadənin sərgidə nümayiş olunan əsərlərindən bir neçəsi şəhid ailələrinə hədiyyə edilib.

Şəhid analarına Zəfər Bayramı münasibətilə həmçinin digər hədiyyələr də təqdim olunub, onlarla xatirə şəkli çəkdirilib.

222