İçərişəhərdə şəhidlərimizin əmanətləri ilə görüş oldu - FOTO
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının birgə təşkilatçılığı ilə torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən müharibəsi şəhidlərinin övladlarına bayram proqramı təşkil edilib.
Redaktor.az xəbər verir ki, uşaqların Şirvanşahlar Sarayı Kompleksinə, Bəylər məscidi və Qız Qalasına ekskursiyası təşkil edilib, onlara qədim abidələrimizin tarixi və memarlığı haqqında geniş məlumatlar verilib, daha sonra müxtəlif maraqlı və faydalı yaradıcılıq proqramları keçirilib.
Tunar Altunbay



















