İranda SEPAH rəsmisinin aksiyalara qatılan oğlu öldürüldü - FOTO

 22:50 08.11.2022     172

Güney Azərbaycanın Təbriz Tibb Elmləri Universitetinin tələbəsi, Qərbi Azərbaycan əyalətinin Sayınqala (molla rejimi “Şahindej” adlandırıb) şəhər sakini, atası İnqilab Keşikçiləri Korpusunun (SEPAH) məsul şəxsi olan Mürtəza Şirməhəmmədi İran hakimiyyətinin hərbi-polis rejimi tərəfindən öldürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, tələbənin meyiti noyabrın 2-də dəfn üçün ailəsinə təhvil verilib. Qeyd olunub ki, onun atası Əliəsgər Şirməhəmmədi SEPAH-ın Urmiya şəhər şöbəsinin siyasi-ideoloji bölməsinin rəisidir. Bu səbəbdən o, oğlunun öldürülməsi xəbərinin yayılmasının qarşısını alıb. Ona görə, Şirməhəmmədinin qətli bir neçə gün sonra ictimaiyyətə məlum olub.

Tunar Altunbay