“Qonşu ölkələrdən radio yayımlarımıza müdaxilə edilir” - Nazir müavini

 13:11 10.11.2022     261

“Azərbaycanın regionlarında radio yayımlarına qonşu ölkələrdən müdaxiə halları yaşanır. Bu, xüsusilə cənub bölgəsinə aiddir”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.

“Bu problemin texniki baxımdan həll yolu bizim radio proqramlarımızın sayını artırmaqdır. Azərbaycanda radio proqramlar nə qədər çox olsa, müdaxilələr də bir o qədər az olar”, - deyə o, qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən