“Siyasi partiyalar və QHT-lərə maliyyə ayrılması hər zaman dövlətin diqqətində olacaq” - Samir Şərifov

 14:24 10.11.2022     354

“Siyasi partiyalar və QHT-lərə maliyyə ayrılması hər zaman dövlətin diqqətində olacaq”.

Redaktor.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.

QHT-lərə vəsaitlərin ayrılmasından danışan nazir bildirib ki, bu istiqamətdə bir neçə təklif səsləndirilib:

“Həm siyasi partiyalar, həm də QHT-lərin fəaliyyətinin maliyyələşdirilməsinə dövlət tərəfindən yardım göstərilir. Bu yardım ola bilsin ki, ildən-ilə istənilən həcmdə artırılmır. Bu məsələ hər zaman dövlətin diqqət mərkəzində olacaq”.

Vumart və Güvən reklamı Vumart Güvən