“Yasın xərcini biz çəkirik” - Rəşad Dağlının atası

 22:12 10.11.2022     125

“O vaxt  Rəşad Lökbatanda narkotik əleyhinə meyxana deyəndə İskəndər də olub. Orada dava düşüb oğlum da onları ayırıb. O vaxtdan onların arasında konflikt başlayıb. İskəndər tez-tez ona zəng vurub nəlayiq söyüşlər söyürdü. Həmin gün də zəng vurmuşdu. Rəşad çıxdı getdi onunla görüşməyə. Eşitdiyimə görə, İskəndər bıçaqla gəlibmiş. Oğlum sükan arxasında ola-ola necə onu vura bilərdi?”

Redaktor.az “Unikal”a istinadən xəbər verir ki, bu sözləri Rəşad Dağlının atası Vaqif Əmirov deyib. V. Əmirovun sözlərinə görə, tərəflər arasında düşən mübahisənin əsas səbəbkarı İskəndər Mehdiyev olub: “İlk olaraq İskəndər Rəşada hücum edib. Hadisə də bundan sonra baş verib. Rəşad hadisədən sonra gəlib evə maşını həyətə qoyub. Qardaşı onu aparıb polis bölməsinə. Rəşad da təslim olub. İskəndər narkotik istifadəçisi və narkotik satan olub”.V. Əmirov ölənin yaxınlarının şikayətçi olmadığını da bildirib:

“Dünən getdik İsgəndərgilin evinə. İsgəndərin qardaşları da şikayətçi deyillər. İskəndərin yas mərasiminin xərcini biz çəkirik”.