ABŞ-da 82 müsəlman namizəd seçkilərdə qalib gəldi

 23:45 10.11.2022     254

Noyabrın 8-də ABŞ-da keçirilən aralıq seçkilərində milli və əyalət səviyyəsində 82 müsəlman əsilli namizəd rəqiblərini geridə qoyaraq qalib gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə "Jetpack" Resurs Mərkəzi və Amerika-İslam Münasibətləri Şurası (CAIR) məlumat yayıb.

Bildirilib ki, bu, ölkə tarixində ən böyük rəqəmdir və əvvəlki rekord 2020-ci ildə 71 müsəlman namizədlə qeydə alınıb.

Konqres seçkilərində Minnesotadan İlhan Ömər, Miçiqandan Rəşidə Tlaib və İndianadan Andre Karson Demokratlar Partiyasından yenidən seçilərək qanunverici orqandakı yerlərini qoruyub.

Vumart və Güvən reklamı Vumart Güvən